Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Separatçı məmurlar təkcə icra hakimiyyətlərində deyil ki...” – Partiya sədri

Reklam: High Technic

“Başqa dövləti özlərinə Vətən görən məmurlar dərhal vəzifədən kənarlaşdırılmalı, barələrində tədbir görülməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında bəzi rayon və şəhər icra hakimiyyətlərində işləyən məmurların separatçı paylaşımlarına münasibət bildirən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

ADP sədrinin fikrincə, rəsmi statuslu şəxslər tərəfindən separatizmin təbliği cəhdlərinin qarşısı ləngimədən alınmalıdır:

“Açığı, belə halların yaranması nə qədər qəbuledilməz olsa da, təəccüblü deyil. Təəssüf ki, hakimiyyətin daxilində istiqlalçılıq məfkurəsindən uzaq, Azərbaycanı özlərinə Vətən görməyən müxtəlif səviyyəli xeyli məmur var.

Elə düşünməyin ki, o cür məmurlar yalnız rayon icra hakimiyyətlərindədir; hakimiyyətin yuxarı eşelonunda da elələri çoxdur.

Necə olur, o məmurlar “Facebook”da Azərbaycana ərazi iddiası irəli sürən Bərzaninin şəkillərini paylaşır və onlara rəsmi qaydada bir söz deyən olmur? Bu da onu göstərir ki, elə məmurlar yuxarıdakı dəstəkçilərinə güvənirlər.

Şübhəsiz ki, bu, çox təhlükəli tendensiyadır. Ona görə də kürd, ləzgi, talış, ümumiyyətlə, separatizmi təbliğ edən, başqa ölkələri özlərinə Vətən görən məmurlar vəzifədən çıxarılmalı və onlar ciddi şəkildə cəzalanmalıdırlar”.

A.Zeynalov

www.yenicag.az

628
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM