!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçı rejim panikada: Arutyunyan fövqəladə iclas çağırdı

!Reklam – Yazi

Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması Qarabağdakı terrorçu-separatçı rejimi şoka salıb, hazırda burada ciddi təşviş hökm sürür.

Yenicag.az xəbər verir ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatından sonra separatçı rejimin başçısı Arayik Arutyunyan “təhlükəsizlik şurasının iclasını” çağırıb.

Qarabağ ermənilərini illərdir girovluqda saxlayan quldur rejimin başçısı Azərbaycanı 2020-ci il Üçtərəfli Bəyanatının müddəalarını “növbəti dəfə kobud şəkildə pozmaqda və Həkəri körpüsünü bağlamaqda ittiham edib. Ərazinin “Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonası” olduğunu xatırlatmaqla şantaja cəhd göstərib.

Erməni mediası bildirib ki, Arutyunyan Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. İslasda son hadisələr və “hakimiyyət orqanlarının” müvafiq hərəkətlərinin müzakirə olunacağını yazıb.

“Hadisələrlə bağlı daha ətraflı məlumatı bir az sonra açıqlayacağıq. Zəhmət olmasa rəsmi elanlara əməl edin və dəqiqləşdirilməmiş məlumatları yaymayın”, – panik ovqatda olan ermənilərə xitabən bildirilir./Musavat.com/

www.yenicag.az

351
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv