!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçılara qoşulan azərbaycanlı həbs olundu – FOTO

!Reklam – Yazi

separatchi_C_mw1024_s_nUkrayna rəsmləri mayın 1-də “Donetsk Xalq Respublikası”nın silahlı dəstələrində xidmət edən 9 nəfərin həbsi barədə məlumat yayıb.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, həbs olunanlar arasında 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşının da olduğu bildirilir.

Donetsk vilayətinin polis idarəsinin rəisi Vyaçeslav Abroskin həbs olunan azərbaycanlının Slavyansk şəhərində yaşadığını bildirib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşı 2014-cü ilin aprel-may aylarında separatçıların əlində olan Slavyanskda patrul kimi fəaliyyət göstərib və “Donetsk Xalq Respublikası”nın sıralarında vuruşub. Onun barəsində saxlanma qərarı mçıxarılıb və barəsində istintaq başladılıb.

Vyaçeslav Abroskin saxlanılan 9 nəfərə, o cümlədən Azərbaycan vətəndaşının kimliyini açıqlamaqdan imtina edib.

 

www.yenicag.az

650
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv