Sərbəst güləşçilərimiz Xorvatiyada daha iki medala sahib oldular

media-hightechnic-468x90

Sərbəst güləşçimiz Hacı Əliyev (70 kq) Xorvatiyada keçirilən “Zaqreb Open” turnirini gümüş medalla başa vurub.

Yenicag.az xəbər verir ki, titullu idmançımız həlledici görüşdə ABŞ təmsilçisi Alek Uilyama məğlub olub.

H.Əliyev dörddəbir finalda gürcüstanlı Giorgi Eblakidzeni, yarımfinalda isə monqolustanlı Temulen Enktuyanı məğlub edib.

Hacı Əliyevlə eyni çəkidə çıxış edən Xadjimurad Qadjiyev isə hindistanlı Vişal Kaliramanı 10:0 hesabı ilə məğlub edərək bürünc medala yiyələnib.

Qeyd edək ki, daha əvvəl Əliabbas Rzazadə (57 kq) qızıl, Əli Rəhimzadə (65 kq) isə bürünc medal əldə ediblər./Azertag/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600