!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Serbiya Kosovonun müstəqilliyini tanıya bilər - Azərbaycan üçün təhlükəli presedent yaranır?

!Reklam – Yazi

“Kosovo ilə Qarabağ arasında müqayisəni yersiz edən çox ciddi amillər mövcuddur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Serbiyanın öz keçmiş vilayəti olan Kosovonun müstəqilliyini tanımaq niyyətinin ciddiləşməsi və yaranacaq presedentin Qarabağ münaqişəsi kontekstində Azərbaycana mümkün təsirini şərh edən politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlunun sözlərinə görə, Kosovo ilə Qarabağ münaqişələri arasında paralellər aparmaq doğru deyil:

“Serbiya prezidentinin Kosovo ilə hər hansı formada münasibət qurulmasının vacibliyi qeyd etməsi və daha sonra Serbiyanın Kosovo ilə sərhədə qoşun yeritməsi faktını bir-birindən ayırmaq lazımdır.

Qeyd etmək lazımdır ki, Serbiya ilə Kosovo arasında gərginliyin səbəbi Kosovo polisinin serblər yaşayan ərazidə həyata keçirdiyi antikorrupsiya əməliyyatları nəticəsində bir neçə nəfərin həbs olunmasıdır.

Bəli, Serbiya prezidenti Aleksandr Vuçiç parlamentdəki çıxışında Kosovo ilə hər hansı formada əlaqələrin qurulmasının zəruriliyini deyib. O, etiraf edib ki, Serbiyanın Kosovo üzərində heç bir nəzarət mexanizmi mövcud deyil.

Bildiyiniz kimi, Vuçiç Serbiyanın Avropa İttifaqına üzvlüyü istiqamətində ciddi maneə olan bu məsələnin tezliklə həllinə çalışır. O baxımdan, yaxın vaxtlarda Serbiyada Kosovonun müstəqilliyinin tanınması ilə bağlı referendumun keçirilməsi də mümkündür.

Lakin Kosovo ətrafında gedişatın Qarabağ münaqişəsinin həllinə təsirindən danışmaq üçün əsas yoxdur. Kosovo ilə Qarabağ arasında müqayisəni yersiz edən çox ciddi amillər mövcuddur. Kosovo müstəqilliyini elan etdikdən sonra dünyanın bir çox ölkələri tərəfindən tanınıb. Qarabağdakı separatçı rejimi isə heç Ermənistan da tanımır. Ona görə də, Kosovo ilə Qarabağ münaqişələri arasında paralellər aparmaq doğru deyil”.

A.Zeynalov

COP29

www.yenicag.az

3768
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv