Serbiya Türkiyədən “Bayraktar” PUA-ları alacaq

media-hightechnic-468x90

Serbiya Silahlı Qüvvələri Türkiyədən “Bayraktar” pilotsuz uçuş aparatları almaq niyyətindədir.

Yenicag.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç ölkədə səfərdə olan türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib.

O bildirib ki, Serbiya bunun üçün milyonlarla avro vəsait ayıra bilər.

“Müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələsini müzakirə etdik. Serbiya bir neçə yüz milyon avro məbləğində “Bayraktar” PUA-ları almağı planlaşdırır. Bununla bağlı gələn il müəyyən addımlar atmaq niyyətindəyik”, – deyə o bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600