Reklam

Reklam

Ermənistanda hakimiyyətdə olan “Qarabağ klanı” əleyhinə kütləvi aksiyalar başlayıb.

Yenicag.ru-nun məlumatına görə, müxalifət lideri Nikol Paşinyanın rəhbərlik etidiyi “Vətəndaş sazişi” hərəkatı İrəvanda çoxminlik etiraz aksiyası keçirib.

Aksiya iştirakçıları Köçəryan-Sarkisyan klanı əleyhinə şüarlar səsləndirərək, Ermənistanın yeni hakimiyyətindən Serj Sarkisyanın hökumət başçısı postunu ələ keçirməsinə imkan verməməyə çağırıblar.

Qeyd edək ki, Ermənistan parlament üsul-idarəsinə keçdikdən sonra prezidentin səlahiyyətləri parlament və baş nazir arasında bölüşdürülüb. Armen Sarkisyanın parlamentdə prezident təyin edilməsi isə erməni cəmiyyətində, o cümlədən xaricdəki erməni diasporası daxilində qızğın müzakirələrə səbəb olub.

Sağlam düşünmək qabiliyyətində olanlar belə düşünürlər ki, “Qarabağ klanı” bu “islahat”la ictimaiyyətin diqqətini vacib problemlərdən yayındırmağa çalışır. Yeni prezident qismində Armen Sarkisyanın seçilməsi isə təsadüfi deyil. “Qarabağ klanı” yaxşı bilir ki, ölkənin əsas “yemləyici”si olan, Ermənistana hər il yüz milyonlarla dollar vəsait göndərən diaspora qurumları onların hakimiyyətindən narazıdırlar.

Erəmənistan iqtisadiyyatının Rusiyanın nəzarətinə keçmə prosesi isə demək olar ki, yekunlaşıb. Artıq işğalçı ölkədə heç nə onun özünə məxsus deyil. Konkret ifadə olunsa, Ermənistan iqtisadiyyatının 80 faizi Rusiyanın iri dövlət konsernlərinin nəzarətinə keçib. Yerdə qalan 20 faizi isə hakimiyyətdəki “Qarabağ klanı” mənimsəyib.

Ermənistanlı ekspertlərin bildirdiyinə görə, yerli əhali, xüsusilə də İrəvanda yaşayanlar heç bir mülkiyyətə malik deyillər. Çünki “Qarabağ klanı” ilkin mərhələdə Robert Koçaryanın timsalında hakimiyyətə gəldikdən sonra dövlətin balansında olan bütün əmlak və müəssisələr onlar tərəfindən zəbt edilib.

İndi isə qərbyönümlü olduğu deyilən Armen Sərkisyanın səlahiyyətsiz prezident postuna gətirilməsi ucuz siyasi gediş kimi qiymətləndirilir. Klan bu addımla cəmiyyətdəki gərginliyi səngitməyi düşünür. Ancaq əhali dərk edir ki, Sarkisyanın prezidentliyə gətirilməsi ölkənin problemlərini aradan qaldırmayacaq və talana son qoyulmayacaq.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1428
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."