“Sərkisyanın yerinə Seyran Ohanyanı hazırlanıb”  

media-hightechnic-468x90

1432380180_35203Ermənistan paytaxtında bir neçə min adam elektrikin bahalanmasına etiraz olaraq aksiyaya çıxıb. İyunun 22-də 5 minədək etirazçı Azadlıq meydanından prezident sarayına doğru irəliləyib. Ancaq onların qarşısını çevik polis alayı su şırnaqları ilə kəsib.

Prezindent Serj Sarkisyan etirazçıların bir qrupu ilə görüşmək istəsə də təklif rədd olunub.

Ümumiyyətə bu aksiya ciddi sual doğurur. Doğurdanmı bu sadəcə bahalaşmaya qarşı etirazdır? Ermənistanda nə baş verir?

Mövzunu Yenicag.az-a şərh edən ermənişünas alim Qafar Çaxmaqlı  bildirir ki, bu hadisələr Ermənistanda  gözlənilən idi: “Son zamanlar əhalinin sosial durumunun kəskin şəkildə pisləşməsi və hökumətin tədbirlər görmək əvəzinə enerji tariflərinin artırılması yolunu tutması onsuz da faciəli olan maddi durumu ağırlaşdırdı.  Bu xalq etirazıdır. Hansısa siyasi qüvvənin təhriki ilə küçələrə tökülmək deyil. Xalqın önündə gedə biləcək bir qüvvə yoxdur. Müxalif hesab olunan qüvvələr hadisələrdən sonra fəallaşmışlar. İndi müraciətlər, şüarlar səslənir”.

“Bundan sonra nələr baş verəcək. Siyasi mübarizə biraz qızışacaq  və Rusiyanın hazırladığı Serj Sarkisyanı dəyişdirmə planı işə düşücək. Onun yerinə Rusiya Seyran Ohanyanı hazırlayıb”-deyə alim sözlərinə əlavə edib.

Kamran Ədalətoğlu

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600