!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərnişin avtobusu qəza törətdi - Xəsarət alanlar var

!Reklam – Yazi

Şəmkirdə sərnişin avtobusu minik maşını ilə toqquşub.

Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Mərkəzi Poçtunun yaxınlığında qeydə alınıb. Hərəkətdə olan sərnişin avtobusu ilə “Mersedes” markalı minik maşını toqquşub.

Qəza zamanı 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanların siyahısı:

1965-il təvəllüdlü C.Mustafayev
1995-ci il təvəllüldü E.Məmmədov
1981-ci il təvəllüdlü  N.Eminova
1959-cu il təvəllüdlü Ə.Quliyev
1959-cu il təvəllüdlü X.Abdulayeva
1959-cu il təvəllüldü N.Qasımova

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, hadisə yerinə Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları gəlib, sərnişinlərdən 6 nəfəri xəstəxanaya aparılıb, onlardan ciddi bədən xəsarəti yoxdur, ilkin tibbi yardımdan sonra evə buraxılacaq. Faktla bağlı araşdırmalar davam etdirilir./Unikal/

www.yenicag.az

231
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv