Sərnişin mikroavtobusu qəzaya uğradı - Xəsarət alanlar var

media-hightechnic-468x90

Göygöl rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.

Yenicag.az xəbər verir ki, hadisə rayonun mərkəzi xəstəxanasının yaxınlığında qeydə alınıb. Kiçik tutumlu sərnişin avtobusu idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb. Qəza nəticəsində 55 yaşlı Cahid Mirzəyev, 36 yaşlı Tofiq Həsənov və 35 yaşlı Mehman Bayramov müxtəlif xəsarətlər alıblar.

Yaralılara əvvəlcə Göygöl Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib. Onlardan ikisinin vəziyyəti normal, C.Mirzəyevin aldığı xəsarət isə digərlərinə nisbətən ciddi qiymətləndirilib.

Yaralılar öz istəkləri ilə şəxsi avtomobillə Gəncə şəhərində olan xəstəxanaların birinə gediblər.

Faktla bağlı araşdırma aparılır./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600