Sərnişinlər hansı nəqliyyat vasitələrindən istifadə edir?

media-hightechnic-468x90

2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyatçılar 345,1 milyon sərnişinə xidmət göstəriblər.

Yenicag.az xəbər verir ki, sərnişinlərin 86,4 faizi avtomobil nəqliyyatı, 13,2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıblar.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 298,1 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,0 faiz artım qeydə alınıb.

Sərnişinlərin 95,0 faizi avtobus, 5,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə etmişdir. Sərnişin dövriyyəsi 19,0 faiz artıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600