Şərqi Azərbaycanda yenə zəlzələ oldu

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Sərab rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 04:08-də Sərab rayonunun 21 kilometrliyi, Türkmənçay rayonunun 23 kilometrliyi və Miyana rayonunun Tərk şəhərinin 26 kilometrliyində qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonunun Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 5 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.

COP29