Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sərt karantin rejimi bərpa oluna bilərmi? – “Qarşıdakı günlərdə kəskin artım olacaqsa..."

Azərbaycanda koronavirusa yoluxanların sayında bir neçə gündür davamlı artım qeydə alınır.

Yenicag.az xəbər verir ki, iyunun 12-də açıqlanan məlumata görə 69 nəfərdən götürülmüş analiz nümunələri pozitv çıxıb, analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.. Yoluxub, sağalananların sayı isə cəmi 40 nəfər olub.

Rusiyada, Türkiyədə və Cənub Şərqi Asiya ölkələrində “Delta” ştammının geniş yayılması Azərbaycan da narahatlıqları artırıb. Xüsusən, qonşu ölkələrlə gediş-gəlişin bərpa olunması virusun yenidən aktivləşəcəyi barədə proqnozlara səbəb olub.

İyulun 1-dən etibarən toylara və başqa şənlik mərasimlərinə icazə verilməsi, iri ticarət mərkəzlərinin, qapalı məkanların açılması da yeni dalğanı tətikləyən amil kimi nəzərdən keçirilir.

Bununla belə Azərbaycan vaksin olunanların sayına görə postsovet məkanında ilk pillədə dayanır. Ölkədə 3 milyondan artıq insan peyvənd vurdurub, poliklinikaların, xəstəxanaların qarşısı yenə vaksin üçün növbəyə dayananlarla dolub-daşır.

Bəs bu şərtlər daxilində Azərbaycanda üçüncü dalğa yaşana bilərmi? Bu barədə cəmiyyətdəki narahatlıqlar, xüsusən, karantin rejiminin yenidən tətbiq olunacağı barədə şayiələr nə qədər əsaslıdır?

Tanınmış həkim Müşfiq Hüseynov “AzPolitika.info”-ya şərhində bildirib ki, “Delta” ştammı haqqında yayılan xəbərlər bir qədər şişirdilib:

“Mən Covid-19-un bitdiyini düşünürəm, bundan sonra bu ətrafda baş verənlərin müəyyən maraqlara xidmət edən oyun olduğunu güman edirəm. Hazırda 10 gündən artıqdır toylar başlayıb, insanlar virusa ən qapalı məkanlarda keçirilən mərasimlərdə daha çox yoluxa bilərdilər.

Kimin nə deməsindən aslı olmayaraq, toylarda heç kim maska taxmır. Amma yoluxma saylarına baxırıq ki, kiçik rəqəmlərdir, gündəlik 150-160 nəfər olur. Əgər yoluxma sayı birdən-birə 2-3 minə qalxmayacaqsa, əminliklə “karantin bitdi, covid bitdi” demək olar. Yox, əgər qarşıdakı günlərdə kəskin artım olacaqsa, hərçənd mən buna inanmıram, o zaman müəyyən karantin tədbirlərinə əl atmaq olar.

Məsələn, şənbə, bazar günləri insanların hərəkətini məhdudlaşdırmaq, metronun, ictimai nəqliyyatın fəaliyyətini dayandırmaq və s. qərarlar verilə bilər. Ona qədər nəsə etməyin mənası yoxdur, çünki əhəmiyyətsizdir. Artıq ölkədə kifayət qədər insan peyvəndlənib. Əgər kütləvi immunitet yoxdursa, insanlara niyə peyvənd vurulurdu?

Ölkədə 3 milyon insana peyvənd vurulubsa, təxminən 2 milyon adam da bu və ya digər formada virusu keçirib. Bu bilinən və bilinməyən saylardır. Bu halda hansı yeni alovlanmadan söhbət gedə bilər? Ona görə də “Delta” ölkəyə gəlsə də, gəlməsə də mən hər hansı narahatlığa əsas görmürəm”.

www.yenicag.az

314
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100