Sertifikasiyadan kəsilən müəllimlərin aqibəti necə olacaq?

media-hightechnic-468x90

Təkrar sertifikasiya imtahanından keçə bilməyən şəxslərlə bağlı xüsusi komissiya gələn həftədən fəaliyyətə başlayacaq.

Yenicag.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

O bildirib ki, müvafiq siyahı hazırlanacaq və ilk növbədə sosial həssas qrupa aid olanların məsələsinin həllinə çalışılacaq:

“Çünki həmin insanlar uzun müddət bizimlə çalışıblar və onları qapı arxasında qoymaq fikrimiz yoxdur. Nəzərə almaq lazımdır ki, hər il oxşar problemlər olacaq. Əsas odur ki təhsili bir addım irəli apara biləcəyik. Bizə sadəcə səbir və vaxt lazımdır”.

Qeyd edək ki, bu il təkrar sertifikasiya imtahanından keçə bilməyən 743 təhsil işçisinin əmək müqaviləsinə xitam verilib.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600