“Şərtlərə əməl olunmasa, AİB-dən çıxacağıq”

media-hightechnic-468x90

49243Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanı hədələyib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, Lukaşenko bildirib ki, Belarusun Avrasiya İqtisadi Birliyindəki tərəfdaşları üzərinə düşən öhdəliklərə əməl etməzlərsə, ölkəsi Birliyi tərk edəcək.

Belarus prezidenti bildirib ki, o, AİB-ə üzv olmaq üçün müqaviləni bir sıra şərtlər çərçivəsində imzalayıb.

“Əgər tərəflər öz üzərlərinə götürdüyü öhdəliklərə əməl etməsə, Minsk bu müqaviləni qüvvədən sala bilər. Avrasiya İqtisadi Birliyinə üzv ölkələr arasında ticarət müharibəsi olmamalıdır”, deyə Lukaşenko bildirib.

Xatırladaq ki, Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyi yanvarın1-dən fəaliyətə başlayıb. Bu Birliyə Rusiya, Belarus, Qazaxıstan və Ermənistan daxildir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600