Servis haqqı ödənilməyəcək? – Restoranlar üçün "Self-Service" HƏLL YOLU

media-hightechnic-468x90

“Bu sistem həm müştərilər, həm də restoran üçün daha sürətli xidmətə və daha yüksək səmərəliliyə səbəb ola bilər”.

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycan Ekoturizm Assosiasiyasının sədri Samir Dübəndi deyib.

media-samir_dubendi

O, müştərilərin servis haqqı ödəməyə alternativ kimi restoranlarda self-service (özünəxidmət) sisteminin yaradılması istəkləri barədə fikirlərini səsləndirib.

Sədr qeyd edib ki, restoranlarda self-service sistemi müştərilərin özlərinə xidmət göstərməsi deməkdir.

“Yəni adətən yeməkdən əvvəl kassada və ya köşkdə sifariş verib ödəniş etməsi sonra isə yeməklərini masaya aparması özünə xidmət sayılır. Bu model fast food və fast-casual müəssisələrində geniş yayılıb. Bu sistem həm müştərilər, həm də restoran üçün daha sürətli xidmətə və daha yüksək səmərəliliyə səbəb ola bilər”,- deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa