!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sərxan Sərxan: "Məni qayışla döyürdü" – Xalq artistini evdən qaçmağa kim vadar etdi?

!Reklam – Yazi

“Atamın bu sözlərindən sonra evdən qaçdım və iki gün evə gəlmədim…”

Yenicag.az xəbər verir ki, bu sözləri tanınış müğənni, Xalq artisti Sərxan Sərxan söyləyib.

İllərdir Moskvada yaşayan və fəaliyyət göstərən müğənni keçmişi ilə bağlı maraqlı etiraflar edib. O, vaxtilə atasının onun musiqiçi olmasına qarşı çıxdığını bildirib:

“14 yaşım olanda Moskvada gitara üzrə musiqi təhsili almaq istəyimi deyəndə atam hirsləndi. O mənim musiqiçi olmağımı istəmirdi. Deyirdi, təsəvvür elə, 40 yaşın var, məclisdə oturanların biri professordu, biri həkim, mühəndis, amma sən gitara çalırsan. Hamı sənə “hır-hır” gülər. Küsüb evdən qaçdım və iki gün evə gəlmədim. Hava da çox soyuq idi. Parklarda yatırdım. Gizlincə həyətimizə gəlirdim, bacım bulkadan verirdi, yeyirdim. Axırda atam dedi ki, qoyun getsin, imtahandan kəsilsə, Bakıya qayıdar. Moskvaya getdim və qəbul olundum”.

Xalq artisti vaxtilə atasının onu qayışla döydüyünü deyib:

“Evdə 4 uşaq idik, iki bacı, iki qardaş. Qardaşım əla qiymətlər alırdı. Amma mən çox şuluq idim, dərs oxumağa da marağım yox idi. Dərslərimdən 2-3 qiymətlər alırdım. 5-6-cı sinifdə oxuyanda siqaret çəkirdim. Atam məni buna görə qayışla döyürdü. Əməkdar artist olanda atama dedim ki, mən indi əməkdar artistəm, amma sən məni o vaxt qayışla döyürdün. Dedi, o vaxt səni döyməsəydim, indi Əməkdar artist olmazdın”.

Qeyd edək ki, sənətçi bunu efirdə açıqlayıb.

Cəvahir

www.yenicag.az

4591
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv