Səsvermə vəsiqələrinin MSK-dan dairə seçki komissiyalarına verilməsi yekunlaşır

media-hightechnic-468x90

Bu həftə bələdiyyə seçkiləri ilə bağlı səsvermə vəsiqələri Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına veriləcək.

Yenicag.az xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiqlədiyi “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda əksini tapıb.

Seçki Məcəlləsinə əsasən, MSK səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrini səsvermə gününə azı 45 gün qalanadək DSK-lara verməlidir.

Təqvim Planında bu tarix 2024-cü il dekabrın 15-dək nəzərdə tutulub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600