Səudiyyə Ərəbistanı iyulda ABŞ-a neft nəqlini böyük həcmdə azaldacaq.
Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, neft tədarükü 1988-ci ildən bəri minimal həddə endiriləcək.
Bu o deməkdir ki, iyun ayında rəsmi Ər-Riyad Vaşinqtona gündəlik təxminən 850 min barel neft satacaq. Hazırda isə bu rəqəm sutkada təxminən 1 milyon barelə bərabərdir.
Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” daha sonra neft tədarükünü gündəlik daha 100 min barel azaltmaq istəyir. Beləliklə, avqust ayında Səudiyyə Ərəbistanından ABŞ-a neft nəqlinin həcmi 2009-cu ildən etibarən minimal həddə olacaq.
www.yenicag.az