Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Səudiyyə Ərəbistanı ÜST-ə 10 milyon dollar maliyyə yardımı edəcək

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud koronavirusla mübarizə aparmaq məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 10 milyon dollar ayrılması barədə sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin SPA rəsmi informasiya agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ÜST-ə maliyyə yardımımın ayrılması qərarı virusun yayılmasının qarşısının alınması ilə əlaqədar təşkilatın dövlətlərə müraciətindən sonra qəbul edilib. Səudiyyə Ərəbistanı Kralının humanitar məsələlər üzrə müşaviri Abdulla bin Əbdüləziz əl-Rabiyah bildirib ki, Ər-Riyad təhlükəli virusla mübarizədə ÜST və digər beynəlxalq təşkilatlara dəstəyini davam etdirəcək.

Səudiyyə Ərəbistanı artıq Körfəz ölkələri, İtaliya və Cənubi Koreyaya qarşılıqlı səfərləri dayandırıb./AZƏRTAC/

www.yenicag.az

278
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100