Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının öldürüldüyünü qəbul edib.
Yenicag.az türk mətbuatına istinadən bildirir ki, Səudiyyə jurnalistin konsulluq içində yaşanan dava zamanı öldüyünü bildirib. Səudiyyə Ərəbistanı bu qətlə qarışan hər bir şəxsin ədalətə təslim ediləcəyini bəyan edib.
Eyni zamanda Səudiyyə Ərəbistanında yayımlanan kraliyyət qərarnaməsi ilə vəliəhd şahzadə Məhəmməd bin Salmana yaxın 18 nəfərin həbs olunduğu, ölkənin Baş Kəşfiyyat İdarəsinin rəis müavini, general Əhməd əl-Assirinin də vəzifəsindən azad edildiyi açıqlanıb.
Səudiyyə Ərəbistanında Baş Kəşfiyyat İdarəsinin yenidən qurulması üçün nazirlik komitəsi qurulmasına da qərar verilib.
www.yenicag.az