Səudiyyə Ərəbistanında gənc bir qadın mini ətəkdə və göbəyiaçıq köynəkdə küçədə yeridiyi zaman çəkilən videosunu sosial şəbəkədə paylaşıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu hadisədən sonra aidiyyatı qurumlar axtarışa keçib. Videoda “Kulud” adlı bir manikenin Şakra şəhərinin yaxınlarında yerləşən tarixi Uşakyır kəndində boş bir küçədə gəzməsi əks olunub.
Sosial şəbəkədə bu görüntülər böyük səs-küyə səbəb olub. Bəziləri qadının qanunları pozduğunu söyləyib, bəziləri isə onu bu cəsarətinə görə təbrik edib. Videonun çəkildiyi Nəcid bölgəsi Səudiyyə Ərəbistanının ən mühafizəkar hissəsi olaraq tanınır. İlk olaraq, “Snapchat”da paylaşılan video qısa müddət ərzində “Twitter”də də yayılıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında geyim barəsində qadınlara çox sərt qadağalar qoyulub. Qanunlara əsasən, ictimai yerlərdə və ailədən olmayan kişilərin yanında qadınlar hicabsız gəzə bilməzlər. Keçən il də paytaxt Riyadda bir qadın başörtüyü olmadan şəkil çəkdirmiş, bir müddət sonra isə bu şəklə görə həbs edilmişdi.
www.yenicag.az