Səudiyyə Ərəbistanının paytaxtına raket hücumu - VİDEO

media-hightechnic-468x90

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada Yəməndəki husilər tərəfindən ballistik raket hücumu həyata keçirilib.

Yenicag.az xəbər verir ki, xarici mətbuatda raketin havada vurulduğu iddia olunur. Bəzi qaynaqlarda isə Ər-Riyaddakı hava limanında partlayış qeydə alındığı qeyd olunur.

Paytaxtda partlayış səsləri eşidildiyi də gələn iddialar arasındadır. Bəzi mənbələrdə Ər-Riyada düşənin məhz raket olduğu qeyd olunursa, digərlərində onun havada vurulan raketin qalıqları olduğu yazılır.

Bu hücumla bağlı hələlik, rəsmi açıqlama verilməyib. Hücum nəticəsində ölən və yaralananlarla da bağlı xəbər açıqlanmır.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa