Şeyx Əbdülün səhhəti PİSLƏŞDİ: “Əsəbdən oldum”

media-hightechnic-468x90

Xalq artisti, tanınmış rejissor və aktyor Şeyx Əbdül Mahmudbəyovun səhhətində problemlər yaranıb.

Bunu Yenicag.az-a açıqlamasında rejissor özü bildirib.

O, təzyiqdən və mədə-bağırsaq problemlərindən əziyyət çəkdiyini deyib:

“Xəstəxanadayam, təzyiq, mədə-bağırsaq hamısı qarışıb bir-birinə. Müayinələrdən keçirəm, görüm, analizlər nə göstərir. Həkimlər üstümdə əsir. Son vaxtlar çox əsəbiləşdim ki, bu da səhhətimə təsirsiz ötüşmədi. Bilirsiniz ki, neçə vaxtdır, kino məbədimiz Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının bərpa olunması üçün əziyyət çəkirəm. Mədəniyyət naziri, eyni zamanda, 14 deputatla danışmışam. Mənim istəyim kinostudiyanın əvvəlki kimi fəaliyyətinin bərpa olunması və filmlərimizin çəkilişidir. Niyə o boyda kinostudiya boş qalmalıdır axı? Hərə bir tərəfdə film çəkir. Mən istəyirəm, hamısı bir yerə yığışsın və birgə fəaliyyət göstərək. Bu iş də çox uzanır deyə əsəbiləşirəm, stress keçirirəm. Bu da vurur, təzyiqimi kəllə-çarxa çıxarır, xəstəxanalıq oluram”.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600