!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Şeyx QƏZƏBLƏNDİ: “Onların əlindən televizoru aça bilmirik”

!Reklam – Yazi

“Bu gün meyxanaçıların, sinəsi, baldırı açıq müğənnilərin əlindən televizoru aça bilmirik”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Xalq artsiti, tanınmış redjissor Şeyx Əbdül Mahmudbəyov deyib.

O, musiqimizdə baş alıb gedən hərc-mərclikdən cana doyduğunu dilə gətirib. Şeyx bu duruma əncam çəkilməsi üçün Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadədən kömək istəyib:

“Xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə müraciət edirəm. Rəsmi şəkildə bu məsələyə bir münasibət bildirsin.

Azərbaycan musiqisi dəhşətli vəziyyətdədir. Yetən-yetən deyir özüm yazıb, özüm çalıb, özüm oxuyacam. Nə səsi var, nə musiqi duyumu. Hamısı xaric oxuyur. Firəngiz xanım məsələ qaldırsın və həmin adamlara nəzarət olunsun. Efirə çıxan müğənninin geyimi də yerində olmalıdır, avazı da… Və ilk növbədə səsi olmalıdır. Səsi olmayanlar “üç badam, bir qoz” oxuya-oxuya doluşurlar efirə. Millət də həmin müğənnilərə 20-30 min verib, toylarına çağırırlar. Mötəbər bir adamın toyuna getmişdim. Getdim, gördüm, 5-6 nəfər meyxanaçı, yaxası, sinəsi açıq, hörüklü gədələrlə bir yerdə oxuyurlar. Dedim, sən bunları niyə toya çağırmısan? Utana-utana qayıtdı ki, mən neyləyim axı, uşaqlar onları istəyir. Yəni bu uşaqlara görə biz mədəniyyətimizi qurban verməliyik? Baldırı-sinəsi açıq qadınlar da kişilərə qoşulub “çıkkıdı-çıkkıdı” oxuyurlar. Bu gün meyxanaçıların əlindən televizoru aça bilmirik”.

Cəvahir

COP29

www.yenicag.az

253
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv