“Şükr Allaha ki, bu günə qədər əxlaqı, isməti, abrı-həyamı qoruyub saxlamışam. Buna görə Allahıma minnətdaram”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Xalq artisti, sevilən aktyor və rejissor Əbdül Mahmudovun 80 illik yubileyi ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
Yubilyar doğum günündə kövrəlib:
“Dünyasını dəyişən sənətkar dostlarımın yoxluğu məni kövrəldir. Biz biri-birimizlə son tikəmizi bölmüşük. Ədil İsgəndərov, Həsənağa Turabov, Şahmar Ələkbərov, Elxan Qasımov… Fəxr edirəm ki, belə dahi insanlarla dostluq etmişəm. Həm də sınıram, pis oluram. Deyirəm, axı mənim nə günahım var ki, bütün dostlarım getdi, tək qalmışam? Evdə də məni danlayırlar ki, belə etmə. Sonuncu dəfə məni tərk edən dostum Elxan Qasımov oldu. Onun itkisiylə heç cür barışa bilmirəm”.
“Günahlarınızla savablarınzı tərəziyə qoysaz, hansı ağır gələr” sualını da cavablandırıb:
“Günahlarım ağır gələr. Kim etiraf etmir, özü bilər. Bəzən cavanlıqdan, bəzən nadanlıqdan, bəzən ərköyünlükdən, bəzən də heç fiikrləşmədən olub. Amma etdiyim bütün səhvlərə görə üzrxahlıq etmişəm. Elə şeylər var ki, kimsə dünyasını dəyişib, bu üzrxahlığı edə bilməmişəm. Amma inanın Allaha, kompleks şəkildə götürsək, kiməsə ziyan verəcək günahı və səhv etməmişəm”.
Cəvahir
www.yenicag.az