!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şeyxlərdən ermənilərə “Bürc Xəlifə” jesti: “Azərbaycan səfirliyi bu məsələni araşdırmaldır” - VİDEO

!Reklam – Yazi

“Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi Dubayın “Bürc Xəlifə” göydələninin Ermənistan bayrağının rənglərinə boyanmasını araşdırmalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində yerləşən “Bürc Xəlifə” göydələni və digər iri şəhərlərindəki binaların Ermənistanın müstəqillik günü münasibətilə işğalçı ölkənin dövlət bayrağının rəngləri ilə “bəzədilməsinin” səbəblərindən danışan politoloq Elçin Mirzəbəyli deyib.

Elçin Mirzəbəylinin sözlərinə görə, bu məsələ Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi tərəfindən araşdırılmalıdır:

“Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər kifayət qədər yaxşıdır və ola bilsin ki, bu addım münasibətlərin korlanmasına hesablanmış bir təxribatdır.

Xatırladım ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın lehinə olan bütün qərarlara, o cümlədən, Xocalı Soyqırımının tanınması ilə bağlı qətnaməyə Ərəb Əmirlikləri də səs verib.

Fikrimcə, Azərbaycan səfirliyi bu məsələni diqqətlə araşdırmalıdır. Böyük ehtimalla, burada erməni diasporu və iş adamlarının da təsiri olub. Hesab edirəm ki, bu məsələnin siyasi müstəvidə çözülməsi daha məqsədəuyğundur”.

Aqil Bəkir

www.yenicag.az

2843
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv