Şeyxülislam Türkiyəyə gedəcək

media-hightechnic-468x90

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, səfər Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin dəvəti ilə baş tutacaq.

QMİ sədri mayın 7-8-də İstanbulda keçiriləcək 28-ci Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək.

Vəqfin 40-cı ildönümü ərəfəsində dünyanın müxtəlif ölkələrini təmsil edən dövlət rəsmiləri, nüfuzlu din xadimləri, siyasətçilərin iştirak edəcəyi zirvədə Şeyxülislam Allahşükür Paşazadə fəxri qonaq kimi iştirak və çıxış edəcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05