!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şikəst edilmiş fəhlənin Tərtərin icra başçısından ŞİKAYƏTİ: Allahdan qorxmamaq daha necə olur?

!Reklam – Yazi

Daha bir rayonun icra başçısının sosial işçilərə məxsus maaş kartlarını özündə saxladığı və əmək fəaliyyəti ilə məşğul olarkən sağlamlığını itirən insanları taleyin hökmüən buraxdığı bildirilir.

Yenicag.az-a müraciət edən Tərtər rayonu Narlıq qəsəbəsində müvəqqəti yaşayan Ağdərə rayonunun Umudlu kənd sakini, Qarabağ döyüşçüsü Axundov Ədavət Zahid oğlu Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun onlara məxsus maaş kartlarını mənimsədiyini deyib.

Ədavət Axundovun sözlərinə görə, sosial işçi olaraq, onlara ödəniləcək vəsait maaş kartlarına köpöçürülməli olsa da, Müstəqim Məmmədov işçilərə günəmuzd nağd pul vermək “praktika”sı tətbiq edib:

01.04.2016-cı ildə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun göstərişi əsasında inzibati binaların təmiri məqsədi ilə 98 nəfər tikinti ustası və fəhlə bu işə cəlb olunduq.

Bizim üçün maaş kartları hazırlansa da, o kartlar icra başçısı Müstəqim Məmmədov tərəfindən bizə verilmir. Ona görə də maaşımı nağd şəkildə, əlbəəl ödəyirdilər. Mənim sözlərimi iş yoldaşlarım Əmirov Qərib, Babək, Əsədov Məhəmməd, Əsədov Nizami və digərləri də təsdiqləyə bilərlər. Yəni adımıza maaş kartı açıb, özlərində saxlayırdılar. İcra Hakimiyətinin bu işlərə cəlb etdiyi tikinti briqadısının adı “Əzabkeş” idi”.

Ancaq Ədavət Axundovun problemi sadəcə, maaş kartı deyil. Onun sözlərinə görə, 25.02.2018-ci ildə ikinci mərtəbədən yıxılıb və ayağı topuqdan qırılıb. Hadisədən sonra onu Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparıblar və tapşırıblar ki, soruşan olsa, iş vaxtı yıxılmadığını desin:

“İcra Hakimiyyətinin işçiləri mənə dedilər ki, sənin bütün xərclərini öz üzərimizə götürəcəyik. Mən də savadsız adam, onların sözünə inanıb, dedikləri kimi etdim. İndi ayağımda çürümə gedir, yeriyə bilmirəm. Mənə nə konpensasiya verdilər, nə sosial yardım düzəltdilər, nə də pensiyaya çıxardılar.

Dəfələrlə icra başçısı Müstəqim Məmmədovun qəbulunda olmuşam. Məni aldadıb yola saldılar. Müstəqim Məmmədov mənə dedi ki, ağlın vardı, yıxılmazdın. Səni mən yıxmamışam ki… Get hara deyirsən, de, rayonun yiyəsi mənəm.

Kimə yaxınlaşdımsa, məni yola verdi. Bir dəfə həkimə getdim, ayağıma baxan kimi dedi ki, müalicəni elətdir, yoxsa ayağın çürüyəcək, kəsiləcək. Pulum olmadığı üçün həkimin yazdığı 82 manatlıq dərmanı ala bilmədim”.

Aldadıldığını görən Ədavət Axundov polisə şikayət ərizəsi ilə müraciət edib:

“Polisə etdiyim şikayət də bir nəticə vermədi. İşimə baxan Natiq müəllim yanımda ərizəmi prokurorluğun müstəntiqinə verdi. Şikəst ayağımla qaldım polislə prokurorluq arasında. Məni aldadıb ortalıqda qoydular.

Ailədə bir tək həyat yoldaşım işləyir, o da 120 manat maaş alır. Bu pulla dolanmaq mümkün deyil”.

Sonda ölkə rəhbərliyinə müraciət edən Ədavət Axundov Tərtər rayonunda baş verən qanunsuluqların qarşısının alınması və ona qarşı edilən haqsızlığın aradan qaldırılması üçün yardım istəyib.

 

Səxavət Məmməd

COP29

www.yenicag.az

1551
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv