Şimali Kiprdə II Tələt dövrü başlayacaq?
Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkilərində ikinci tur başa çatıb. Seçkinin qalibi Mustafa Akıncı olub. İlkin məlumata görə, Mustafa Akıncı səslərin 60,51 faizini qazanıb.
Şimali Kipr Türk Cümhuriyyətinin fəaliyyətdə olan prezidenti Dərviş Əroğluya seçicilərin 39,49 faizi səs verib.
Yenicag.az xəbər verir ki, Mustafa Akıncı kosmopolitdir və yunanlarla dostluq əlaqələrinin qurulması və inkişafında maraqlıdır. Mühafizəkar-milliyyətçi Dərviş Əroğlundan fərqli olaraq Akıncı BMT-nin sabiq rəhbəri Annanın “Kipr Barış Planı”nı dəstəkləyən Barış və Demokratiya Hərəkatının qurucusu və lideri olub. Qərb institutları ilə yaxşı əlaqəyə malikdir və Şimali Kiprə daim yardlm edən Türkiyə ilə arası Əroğluna nisbətən soyuqdur.
Onun Əroğlundan öncəki başqan Mehmet Əli Tələtin Avropa Birliyini dəstəkləyən siyasətini yürüdəcəyi gözlənilir.