Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şimali Koreya Avstraliyanı nüvə zərbəsi ilə hədələyib

Şimali Koreya Avstraliyanın Pxenyanla münasibətlərdə ABŞ-ın siyasi kursunu rəhbər tutmağa davam edəcəyi təqdirdə bu ölkəyə nüvə zərbəsi endirəcəyi ilə hədələyib.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABC telekanalına KXDR XİN-in nümayəndəsi bildirib.

Məlumata görə, qeyd olunan bəyanat Avstraliya XİN rəhbəri Culi Bişopun bir neçə gün əvvəl verdiyi müsahibəyə cavab olub. C.Bişop müsahibəsində Şimali Koreyanın nüvə proqramının Avstraliya üçün ciddi təhlükə yaratdığını bildirib. C.Bişop Avstraliyaya zərbə endirilə biləcəyini də istisna etməyib.

Qeyd edək ki, Koreya yarımadasında vəziyyət yenidən ötən ilin əvvəlindən gərginləşib. Buna səbəb Pxenyanın nüvə sınaqları keçirməsi və ballistik raketlər atması olub.

Yeniçağ.Az

www.yenicag.az

333