Şimali Koreyanın GİZLİ ŞƏBƏKƏSİ – Böyük sızma əməliyyatı necə BAŞ VERDİ?

media-hightechnic-468x90

Şimali Koreya yüksək ixtisaslı İT mütəxəssislərini gizli şəbəkə vasitəsilə xarici şirkətlərdə uzaqdan işə cəlb edir. Əldə olunan gəlirlərin isə illik 250–600 milyon ABŞ dolları arasında dəyişdiyi bildirilir.

Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, işçilər 10 nəfərlik qruplar halında formalaşdırılır, saxta Qərb pasportları ilə xarici firmalara müraciət edir və qazancın 85 faizini rejimə ötürürlər. Onların fəaliyyətinə proqram təminatı hazırlanması ilə yanaşı, məlumat oğurluğu və fidyə proqramı hücumları da daxildir.

Keçmiş əməkdaşlardan biri illərlə Çində işlədiyini, daim nəzarət altında saxlanıldığını bildirib. Sistemi tərk etməyə cəhd edənlərin isə həm özləri, həm də ailə üzvləri üçün ciddi təhlükə ilə üzləşdiyi qeyd olunur.

Son vaxtlar Qərb şirkətləri bu saxta müraciətləri aşkar etməyə başlayıb. Bəzi hallarda namizədlərin onlayn müsahibələrdə şəxsiyyətlərini gizlətmək üçün süni intellekt filtrlərindən istifadə etdiyi müəyyən edilib.

BMT və ABŞ məhkəmələri bu şəbəkəni beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid adlandırıb. Eyni zamanda Şimali Koreya ilə əlaqəli “Lazarus” haker qrupunun da bu sistemdən istifadə etdiyi ehtimal olunur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa