Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Siqareti tərgitmək asanlaşacaq - Mobil tətbiq 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tütünlə daha effektiv mübarizə aparmaq üçün yeni mobil tətbiq üzərində çalışır.

Yenicag.az e-tibb.az-a istinadən xəbər verir ki, ÜST-üun Azərbaycan nümayəndəliyinin facebook səhifəsində açıqladığı məlumatda bildirilir ki, bu tətbiq vasitəsilə istifadəçilər tütündən istifadənin milli qanunvericiliklə qadağan olunduğu qapalı məkanlarda (ilkin mərhələdə restoran və kafelərdə, növbəti mərhələdə isə ictimai yerlərdə) havanın tütün tüstüsü ilə nə dərəcədə kirləndiyini qiymətləndirə biləcəklər.

Bu mobil tətbiqin yaradılmasında məqsəd ictimai yerlərdə tütündən istifadənin qadağası ilə bağlı məlumatlılığı artırmaq və passiv siqaretçəkməni azaltmağa təşviq etməkdir.

Məlumatda daha sonda deyilir:

Sizi, ətraf mühitin qorunması məqsədini daşıyan bu təşəbbüsə mobil tətbiqə ad seçərək öz töhfənizi verməyə dəvət edirik.

Təklif olunan adlar:

a) Tütünsüz həyat
b) Təmiz hava
c) Tüstüsüz
d) Təravət
e) Fərahlıq

Sorğu 20 fevral tarixinədək davam edəcək.

www.yenicag.az

343
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100