Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şirkət əməkdaşının xəsarət alması ilə bağlı cinayət işi açıldı

İyunun 20-də saat 09 radələrində “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialında frez operatoru vəzifəsində işləyən Aqil Məmmədovun xəsarət alması barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Yenicag.az-a Şəmkir Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, Aqil Məmmədov Bakı-Qazax avtomagistral yolunun Şəmkir rayonun Çinarlı qəsəbəsi ərazisindən keçən hissəsində köhnə asfalt örtüyünün qaşınması işlərini apararkən ehtiyatsızlıqdan bədən xəsarəti alıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq aparılır.

www.yenicag.az

163
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100