Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şirkətin vəzifəli şəxsindən CİNAYƏT ƏMƏLİ

Siyəzən rayonu ərazisində yerləşən “Caspian Coast Winery and Vineyards” MMC-nin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə cinayət işi başlanıb.

Siyəzən Rayon Prokurorluğundan Yenicag.az-a verilən məlumata görə, rayon prokurorluğuna bu barədə müraciət daxil olub.

Aparılmış araşdırmalarla qeyd edilən şirkətin bölgələr üzrə satış nümayəndəsi vəzifəsində işləyən Vüqar Səmədzadənin işlədiyi müddət ərzində müəssisənin büdcəsindən ümumilikdə 14 min 89 manat məbləğində pul vəsaitini müxtəlif qanunsuz üsullarla mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

www.yenicag.az

96
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100