!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sivil Toplum” Monitorinq Koalisiyası ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələri ilə görüş keçirdi

!Reklam – Yazi

Bu gün “Sivil Toplum” Monitorinq Koalisiyasının ofisində Koalisiyanın həmsədrləri A. M. Kərimov (“Müstəqil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri),  Q. Ə. İbrahimli (“Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri) və  Ə. N. Abbasbəyli (“Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin sədri) ilə  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun  (DTİHB) üzunmüddətli müçahidəçiləri Naemi Arcidiacono və Oljas Akanov ilə görüşü keçirilib. Görüşdə Q. İbrahimli “Sivil Toplum” Monitorinq Koalisiyası haqqında məlumat verib, sonra A. Kərimov  07 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərindən, seçki qanunvericliyindən danışıb. Ə. N. Abbasbəyli isə seçki mühiti, seçki prosesinin müşahidəsindən danışııb, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun  (DTİHB) müşahidə missiyası ilə əməkdaşlığa ümid etdiyini  və əməkdaşlığın faydalı olacağına bildirib. Görüşdə fikir mübadiləsi aparılıb, bu prosesdə əməkdaşlıq perspektivləri müzakirə olunub, mövzu ilə bağlı suallar cavablandırılıb.  Gələcəkdə əməkdaşlıq və məlumat mübadiləsinin olacağına inam ifadə olunub.

COP29

www.yenicag.az

248
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv