Siyəzən rayonunda qadın intihar edib
Siyəzən rayonunda intihar hadisəsi baş verib.
Hadisə bu gün rayonun Gil-gilcay qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1982-ci təvəllüdlü Abbasova Gülnaz Kərimbala qızı özünü yaşadığı evdə asıb.
Onun meyiti tibbi ekspertizadan keçirilmək üçün Xaçmaz rayon morquna aparılıb. İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.