!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sizi öz ərazinizdə məhv edərik” mesajı: Rusiya-Ukrayna müharibəsində hansı tərəf məğlubdur?

!Reklam – Yazi

“Müharibənin sonunun necə bitməsindən asılı olmayaraq, məğlub məhz Putindir”.

Bunu Rusiya-Ukrayna müharibəsinin taleyindən danışan politoloq Yeganə Hacıyeva Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Rusiya atəşkəs istəsə də, əməl etmədi:

“Ukraynaya qarşı elan olunan atəşkəs elə dekabrın 31-i günü pozuldu. Rusiya aktiv şəkildə Ukraynanın şəhərlərini bombaladı.
Hazırda Baxmut və Soledar şəhərlərində döyüş gedir. Soledarın böyük hissəsinin Rusiyanın nəzarətinə keçməsi haqqında məlumatlar var.

Bir gün Ukrayna, digər gün Rusiya şəhərin ələ keçirildiyi mesajını verir.

Belə bir sual yaranır ki, Soledar niyə önəmlidir?

Həlledici döyüşlər məhz bu ərazilərdə gedir. Döyüşlər haqqında mediada gedən məlumatların müşahidəsi onu deməyə əsas verir ki, üstünlük Ukrayna tərəfindədir.

Ukrayna qızğın döyüşlərlə Rusiyanın ilhaq etdiyi əraziləri geri qaytarmağa çalışır.

Rusiya isə Ukrayna ordusunun işğal altındakı öz ərazilərinə təminat yollarını bağlamaq məqsədi güdür.

Müharibə Qərb və Rusiya arasında qarşılıqlı hədələrlə davam edir. Hətta Rusiya bir müddət öncə kütləvi qırğın silahından istifadə ilə bağlı mesaj vermişdi. Bu mesajın ardınca Rusiyada kütləvi qırğın silahlarının saxlandığı iki aviabazaya şübhəli hücumlar gerçəkləşdirildi. Bu, Rusiyaya “raketlər qalxmadan öz ərazinizdəcə məhv edərik” mesajı idi.

Müharibənin taleyi Qərbin Ukraynaya dəstəyindən bir başa asılıdır. Ukrayna orudusunda ruh yüksəkliyi var. Rusiyada isə vəziyyət tamam fərqlidir. Hakimiyyətin müharibənin doğruluğuna inandıra bilmədiyi cəmiyyət bütün mümkün yollarla yayınmağın yollarını axtarır.

Türkiyənin kurort şəhərlərinə gələn əksər turistlər müharibədən qaçan Rusiya vətəndaşlarıdır.

Müharibənin sonunun necə bitməsindən asılı olmayaraq, bu müharibədə məğlub tərəf məhz Putindir.

Putin müharibəyə başlayaraq komandasında, komandası hakimiyyətdə, hakimiyyət cəmiyyət içində, Rusiya özü isə beynəlxalq miqyasda nüfuzunu itirdi”.

Nəsimi Ələsgərli

www.yenicag.az

744
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv