"Sizi yedizdirənlərin arxasınca hərəkət etmək nəyə lazımdır?" - Zaxarovadan İrəvana

media-hightechnic-468x90

Ermənistana müxtəlif məqsədlər üçün gedən taxılın 90 faizi Rusiyadan gəlir.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

O, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ərzaq təhlükəsizliyi üzrə çıxışını belə şərh edib: “Biz elə hesab edirik ki, onlar çox gözəl başa düşürlər ki, bu cür daxili siyasi mübarizənin siyasi nizamlanma axtarışı və sülhün bərqərar olması ilə heç bir əlaqəsi yoxdur.

Bəlkə Armen Qriqoryanın xəbəri yoxdur, yadınıza salım. Ermənistana müxtəlif məqsədlər üçün gedən taxılın 90 faizi Rusiyadan gəlir. Yəqin ki, indi siz ərzaq təhlükəsizliyinizi müzakirə etmək üçün videokonfrans vasitəsilə Rusiya Federasiyası ilə əlaqə saxlaya bilərsiniz. Yaxşı, bu ədalətli və hörmətlidir. Sizi yedizdirən, ərzaq təhlükəsizliyinizi təmin edənlərin arxasınca hərəkət edib saxtakarlıq etmək nəyə lazımdır?”

Qeyd edək ki, sentyabrın 4-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan onlayn formatda “Ukrayna Sülh Qətnaməsi” kontekstində ərzaq təhlükəsizliyinə dair tematik konfransda iştirak edib./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600