SOCAR-ın Afrika və Malta planları təhlükədədir

media-hightechnic-468x90

socar_gallery_1ARDNŞ-in (SOCAR) Afrika ölkələrinə və Maltaya sıxılmış qaz ixracı üzrə strateji tərəfdaş olaraq seçdiyi Britaniya şirkəti müflis olur.

Yenicag.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Maltanın “Malta İndependent” qəzeti yazıb.

Qəzet yazır ki, Maltanın leyboristlər hökuməti tərəfindən irəli sürülən sıxılmış qazla işləyən elektrik stansiyasının tikintisi layihəsinin taleyi getdikcə daha çox şübhəli olur.

Bu layihənin həyata keçiriləcəyinə ciddi şübhələr var. Layihənin həyata keçirilməsi prosesi ümumiyyətlə başlamayıb, müvafiq müqavilələrin imzalanacağının özü də şübhəlidir. Elektrik stansiyasının tikintisi üçün maliyyə mənbələrinin və yanacaq kimi istifadə olunacaq sıxılmış qazın haradan alınacağı da qaranlıq qalır.

Maltada elektrik stansiyasının tikintisi üzrə yaradılmış konsorsiumda SOCAR da yer alır. Virtualaz.org saytı xatırladır ki, bu layihə üzrə formalaşdırılan “ElectroGas” beynəlxalq konsorsiumunda SOCAR-ın törəmə şirkəti “SOCAR Trading SA” 20 faizlik paya malikdir. Onun Maltaya, habelə Afrika ölkələri Toqo və Beninə sıxılmış qaz ixracı üzrə tərəfdaş seçdiyi Britaniya şirkəti (Virgin adalarında qeydiyyatdan keçib) “Gasol” isə konsorsiumda 30 faizlik payla təmsil olunur. Qalan 50 faiz isə “GEM Holdings Ltd” və “Siemens Projects Ventures” şirkətlərinə məxsusdur.

“Malta İndependent” yazır ki, SOCAR-ın tikilməsi planlaşdırılan bu elektrik stansiyasına sıxılmış qazla təchiz etmək planları dəyişib. İndi plana görə, stansiya qazı başqa mənbələrdən alacaq.

“SOCAR ümumiyyətlə bu layihədə niyə iştirak edir? Onun iştirakının səbəbi öz qazını satmaqdır. Bəs elədirsə, indi nə baş verdi ki, SOCAR stansiyanı qazla təchiz etmək planlarını dəyişib?” – deyə qəzet sual edir.

Malta qəzeti onu da xəbər verir ki, konsorsiumun digər iştirakçısı olan “Gasol” müflis olmaq ərəfəsindədir: “Şirkət ötən ay audit hesabatını açıqlayıb və məlum olub ki, “Gasol” müflis olmaq üzrədir. Auditorlar gələcəkdə onun fəaliyyətini davam etdirməsini ağlabatan hesab etmirlər”.

Xatırladaq ki, ötən ilin martında ARDNŞ-in treydinq şirkəti olan “Socar Trading” Böyük Britaniyanın “Gasol” şirkəti ilə 1 milyon dollar həcmində təmin edilməmiş, konvertasiya edilən kreditin verilməsinə dair saziş imzalayıb. Kredit 2 il müddətinə 4 faiz dərəcəsi ilə verilir.

Sazişə əsasən, “Socar Trading” Benində (Qərbi Afrika) maye qazın qəbulu üzrə terminalın tikintisi ilə bağlı strateji alyans çərçivəsində “Gasol” şirkətinə kredit verəcək. Kredit vəsaiti “Gasol” dövriyyə kapitalının saxlanılması üçün nəzərdə tutulub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600