!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SOCAR-ın qayığındakı partlayışda xəsarət alanlarla bağlı AÇIQLAMA

!Reklam – Yazi

Səhiyyə Nazirliyi dünən SOCAR-ın qayığında baş verən partlayış zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən 3 nəfərin vəziyyəti ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Yenicag.az-a verilən xəbərə görə, yaralılardan birinin müalicəsi reanimasiya şöbəsində davam edir və vəziyyəti ağır qiymətləndirilir, digər iki nəfər isə cərrahiyyə şöbəsində palataya köçürülüblər. Vəziyyətləri orta ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, oktyabrın 29-da saat 13:30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib.

Nəticədə SOCAR-ın əməkdaşlarından Məmmədov Habil Gülməmməd oğlu həlak olub, Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və müqavilə əsasında xidmət göstərən qayıqçı Xəlilov Böyükağa Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, təcili yardım maşını ilə 5 saylı şəhər xəstəxanasına çatdırılıblar.

Hazırda onların müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasında davam etdirilir.

COP29

www.yenicag.az

2441
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv