!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Soçi razılaşması, yoxsa Soçi tələsi?" - Əsəd qüvvələri Idlibdə əməliyyatlara davam edir

!Reklam – Yazi

Suriyada Bəşər Əsəd və Iranın dəstəklədiyi silahlı qruplaşmalar Idlibdə Soçi danışıqları ilə ağır silahlardan təmizlənmiş ərazilərdə silahlı hücumlar təşkil edir.

Yenicag.az xəbər verir ki, müxalifət qüvvələrini hədəf alan bu hücumlar əsasən havadan, top atəşləri və pilotsuz uçuş vasitələri ilə həyata keçirilir.

Azad Suriya Ordusunun (ASO) sözcülərindən Naci Mustafa bileşenlerinden Əsəd rejiminin sivillərin yaşadığı və ağır silahların çəkildiyi bölgələrə hücumlar təşkil etdiyini bildirib:

Mustafa, “Əsəd rejimi Həmas və Idlibdə bizim nəzarətimizdə olan ərazilərə hücumlar edir. Rejim son dəfə gecə satlarında Həmas istiqamətində atəşkəsi pozdu. Hücumlarda 3 əsgər itirdik, 4 əsgərimiz yaralandı. Türkməndağı bölgələrində də intensiv döyüşlər gedir. Əsəd rejimi Soçi danışıqlarını həmişə pozub, pozmağa davam edir”.

Qeyd edək ki, Soçi danışıqlarından sonra, əldə edilən razılaşmaya baxmayaraq Əsəd rejiminin hücumları nəticəsində 33 sivil vətəndaş həyatını itirib.

Müxalifət gücləri isə, razılaşmanın şərtlərinə uyğun olaraq bölgədən ağır silahlarını çəkib.

 

 

COP29

www.yenicag.az

1836
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv