Somali ABŞ-yə hərbi bazalara giriş imkanı verməyi planlaşdırır

media-hightechnic-468x90

Somali ABŞ-yə onun liman və hava limanlarından hərbi məqsədlər üçün istifadə etmək imkanı verən sazişi yeniləməyi təklif edib.

media-banner_tuq

Yenicag.az “Əl-Ərəbiyyə”ə istinadən xəbər verir ki, bu barədə Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əli Məhəmməd Ömər bildirib.

“Somali və ABŞ arasında əməkdaşlığa dair uzunmüddətli çərçivə proqramı, o cümlədən ABŞ-nin liman və hava limanlarına giriş əldə etməsi haqqında 1980-ci il tarixli saziş mövcuddur. Federal hökumət bu yaxınlarda bu sazişi yeniləməyi təklif edib”, – o qeyd edib.

Ömər bu bəyanatı Somaliləndin yerli hakimiyyət nümayəndəsinin regionun ABŞ-yə öz faydalı qazıntılarına və hərbi bazalarına giriş imkanı verməyə hazır olduğunu bəyan etməsindən bir gün sonra verib.

“Somalinin mövqeyi sadədir: Somali ərazisi, limanları, hava məkanı və ya strateji təbii sərvətlərlə bağlı bütün sazişlər Somali Federativ Respublikasının konstitusion institutları çərçivəsində bağlanmalıdır”, – o deyib./Report/

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05