Somalidə partlayış: 50 ölü - Yeniləndi

media-hightechnic-468x90

Somalinin paytaxtı Moqadişoda törədilən dörd partlayış nəticəsində azı 50 nəfər ölüb.

Yeniçağ.az-ın verdiyi xəbərə görə, partlayışlar bir-birinin ardınca prezident sarayı, Milli teatr, Müdafiə nazirliyi və “Daya” hoteli qarşısında baş verib.

Hadisə nəticəsində azı 10 nəfər yaralanıb.

Terror aktlarına  görə məsuliyyəti  “Əş-Şəbab” qruplaşması öz üzərinə götürüb.

“Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin mərkəzi hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

Yeniçağ.az

 

***

Somalinin paytaxtı Moqadişoda partlayış baş verib.

Yeniçağ.az xəbər verir ki, insident prezident sarayının yaxınlığındakı blokpostda qeydə alınıb.

Məlumata görə, minalanmış avtomobilin partladılması nəticəsində 5 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Yeniçağ.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa