Son 5 gündə Bakıya region avtovağzallarından 25 800-ə yaxın sərnişin daşınıb

media-hightechnic-468x90

Son 5 gün ərzində Bakıya region avtovağzallarından 2 847 reyslə 25 790 sərnişin daşınıb.

Bu barədə Yenicag.az-a AYNA-dan bildirilib.

Qeyd edilir ki, bölgələrdən paytaxta sərnişin axınının çox olduğu nəzərə alınaraq, vətəndaşlara biletlərini əvvəlcədən “biletim.az” portalından onlayn qaydada əldə etmələri tövsiyə olunur.

Hazırda portala 80 istiqamət, 51 məntəqə, 311 reys olmaqla, 357 nəqliyyat vasitəsi qoşulub.

Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.

Ölkə ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar martın 31-dək gücləndirilmiş iş rejimində çalışır.

 

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600