SON DƏQİQƏ: Bakıda dəhşətli yanğın – VİDEO/Yeniləndi

 12:17

Bakının Xətai rayonunda güclü yanğın başlayıb.

Yenicag.az xəbər verir ki, Nobel prospektində Xəzər TV-nin yaxınlığında yerləşən kafedə çıxan yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb.

Yanğının qarşısının alınması üçün hadisə yerinə çox sayda yanğınsöndürmə briqadası cəlb olunub.

***

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin müdaxiləsi nəticəsində çay evi kimi fəaliyyət göstərən tikilidəki yanğın söndürülüb.