!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bir dövrün sonu - Messi Barcelonadan getdi.. Gözyaşlarını saxlaya bilmədi - VİDEO

!Reklam – Yazi

Hücumçu Lionel Messi “Barselona”dan ayrılması münasibətilə keçirdiyi mətbuat konfransında göz yaşlarını saxlaya bilməyib.

Yenicag.az xəbər verir ki, argentinalı futbolçu konfrans başlamazdan əvvəl duyğularına hakim ola bilməyib. Jurnalistlər alqışlarla onu dəstəkləyiblər.

“Nə danışacağımı bilmirəm. Bu günlərdə nə deyəcəyim barədə çox düşündüm. Əslində, alınmadı, mən depressiyaya düşdüm. Uzun illərdən sonra burada yaşadıqlarımdan sonra ayrılmaq mənim üçün çətindir. Buna hazır deyildim. Bunun həqiqətən baş verdiyinə inanmıram. Keçən il ayrılmaq istəyirdim, amma indi qalmaq, evimdə yaşamağı düşünürdüm. Ən çox arzuladığım bu idi. Ailəm də, mən də qalacağımızı düşünürdük. Klubdan ayrılmaq həyatımı tamamilə dəyişdirəcək. Burada hər şey çox gözəl idi, amma bu gün vidalaşmalıyam. “Barselona”ya gələndə 13 yaşım var idi və 21 ildən sonra həyat yoldaşım və üç uşağımla buranı tərk edirəm. Bura bizim evimizdir”.

Bu sözləri “Barselona”dan ayrılan Lionel Messi keçirilən vida mətbuat konfansında deyib.

Lionel Messi həmçinin PSJ-yə keçəcəyi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:

“Hazırda heç bir razılaşma yoxdur. “Barselona” ilə müqaviləmin yenilənməyəcəyi açıqlanan zaman mənə çoxlu zənglər gəldi. Bir neçə maraqlı klub var. Hələlik heç bir qərar verilməyib, danışıqlar aparırıq”.

Qeyd edək ki, avqustun 5-i “Barselona” Messi ilə başa çatan müqavilənin müddətini uzatmayacağını açıqlayıb. Bunun səbəbi İspaniya La Liqasının nizamnaməsində yazılan maliyyə və struktur maneələridir.

 

www.yenicag.az

857
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv