Reklam: High Technic
hightechnic

SON DƏQİQƏ - "Volvo" zavodu yanır

İsveçin qərbində Qyoteborq şəhərində “Volvo” zavodunda yanğın baş verib. Trend-in məlumatına görə, yanğın zamanı 150 adam təxliyə olunub.

Yanğın səhər saatlarında, zavodun batareyalar saxlanılan anbarında baş verib. Yanğın zamanı zəhərli tüstü yayılıb. Bu səbəbdən ətrafda yaşayan sakinlərin pəncərələri bağlamaları tövsiyə olunub.

Hazırda hadisə yerində 40-a yaxın yanğınsöndürən maşın və çox sayda canlı qüvvə işləyir. Yanğının tam söndürülməsi istiqamətində işlərin bütün gün davam edəcəyi bildirilib.

Yeniçağ.az

www.yenicag.az

84