Əlillik, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə, I qrup əlilliyə görə sosial müavinətin miqdarı artırılıb.
Bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında fərmanında dəyişiklik edilməsi barədə fərmanda əksini tapıb.
Bu şəxslər üçün sosial müavinətin miqdarı 66 manatdan 73 manata qaldırılıb.
Fərman 2018-ci il martın 1-dən tətbiq edilir.(APA)
www.yenicag.az