!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sosial şəbəkə MƏRƏZİ: “Onlar real şəxsiyyətlərini gizlətməyə çalışırlar”

!Reklam – Yazi

“İnsanların təbiətində olan mürəkkəb psixoloji bir məqam var. Bəzi insanlara bu, tanışdır. Bəziləri isə bunu qəbul etmirlər. Birmənalı olaraq belədir ki, insanlara nəyisə qadağan edəndə, əksinə, insanlarda ona qarşı bir maraq yaranır. Birincisi də bunlardan mediadır. Çünki medianın təbliğatı insan həyatında böyük rol oynayır. Əfsuslar olsun ki, biz mediada etik davranışlara qarşı zidd hərəkətlərin sərgiləndiyini də görürük”.

Bu sözləri Yenicag.az-a açıqlamasında psixoloq Gülşən Rüstəmova deyib.

Mütəxəssis sosial mediadakı qeyri-etik davranışlardan söz açıb.

Onun sözlərinə görə, sosial mediada etik davranışlara zidd halların baş verməsinin səbəbləri müxtəlifdir:

“Bu səbəblərdən biri də anonimlik və məsuliyyətsizlik hissidir. Sosial mediada istifadəçilər çox zaman anonim və ya real şəxsiyyətlərini gizlətməyə çalışırlar. Bu, onların cəzalandırılmaq ehtimalını azaltdığı üçün məsuliyyətsizlik hissi doğurur və nəticədə insanlar real həyatda sərgiləmədikləri, bəzən aqressiv və ya təhqiredici davranışları sərgiləməyə başlayırlar. Ümumiyyətlə, KİV və ya sosial mediada hansısa bir hərəkəti nümayiş etdiririksə, mütləq bunun cəmiyyətdə necə qarışlanacağın da göz önünə qoymalıyıq. Doğrudur, insanın planları, məqsədləri çox önəmlidir, lakin bu məqsədlər üçün getdiyimiz yol da çox böyük əhəmiyyət kəsb edir. Hər şeyi təbliğat xarakterli kimi nümayiş etdirməməliyik. Digər bir tərəfdən, bu, insanlar arasında qarşılıqlı hörmət hissinin azalmasına da gətirib-çıxardır”, – deyə o bildirib.

Psixoloq bu kimi halların qarşısını almaqda əsas yolu maariflənməkdə görür.

“Belə halların qarşısını almaqda əsas rol maariflənməkdir. İnsan maarifləndikcə, daha da hər şeyi yaxşı anlayır və başa düşür. Ona görə də, daim insanlar maarifləndirici ideyalar fikirləşməli və bunu cəmiyyət olaraq təbliğ etməlidirlər. Əks halda, sosial mediada baş verən bu kimi davranışlar insanların həyatı və cəmiyyət üçün gələcəkdə böyük problemlərə səbəb olacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Mayıl Soltanov

COP29

www.yenicag.az

202
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv